Tərtərdə ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib.
“Hakimiyyet.az ” xəbər verir ki, hadisə şəhər ərazisində fəaliyyət göstərən kafelərdən birində qeydə alınıb.
Məlumata görə, Ağdam rayon sakini, 1999-cu il təvəllüdlü Nadil Aslanov naməlum şəraitdə hücuma məruz qalıb.
Bədəninin müxtəlif nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri alan yaralı dərhal Bərdə Diaqnostika Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 27 yaşlı gənc yolda dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb.