AZ

Yamal La Liqada tarixi rekorda imza atdı

style='margin-bottom:10px;'>

"Barselona"nın hücumçusu Lamin Yamal İspaniya çempionatında tarixi rekorda imza atıb.

QOL.az xəbər verir ki, "Espanyol"la matçda meydana çıxan 18 yaşlı futbolçu La Liqada 100-cü oyununu keçirib və bununla da bu göstəriciyə ən gənc yaşda çatan futbolçu olub.

Qeyd edək ki, əvvəlki rekord Madrid "Real"ının sabiq hücumçusu Raul Qonsalesə məxsus idi. 

Xatırladaq ki, Yamal cari mövsümdə 42 oyunda 21 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
36
1
teleqraf.com

5Mənbələr