AZ

Yanğın baş verən evdə meyit aşkarlandıVİDEO

İmişli rayonunda yanğın baş verən evdə yataq xəstəsi olan 57 yaşlı ev sahibinin meyiti aşkarlanıb.

Xezerxeber.az xəbər verir ki, hadisə saat 12 radələrində İmişli rayonu Qaralar kəndində qeydə alınıb. Sözügedən kənd sakini 57 yaşlı Akif Abışova məxsus fərdi yaşayış evində başlayan yanğın anidən güclənib.  Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, İmişli Rayon Dövlət Yanğın Mühafizə hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi Abışov Akif Mədət oğlunun meyiti aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış keçirilib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya  Birliyinin İmişli rayon  Şöbəsi üzrə təhvil verilib.

Qeyd edək ki, Akif Abışov yanğın baş verən zaman evdə tək olub və onun yataq xəstəsi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
9
1
xezerxeber.az

2Mənbələr