AZ

Valdas Dambrauskas: "Qələbə qazanmaq üçün meydana çıxmışdıq"

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Premyer Liqanın 27-cı turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, 2:2 hesablı heç-heçəni belə şərh edib:

"İlk dəqiqədən etibarən qələbə qazanmaq üçün meydana çıxmışdıq. Əvvəldən öz oyun prinsiplərimizə sadiq qaldıq. Rəqibi də təbrik etmək istəyirəm — onlar bu gün buraya 1 xal üçün gəlmişdilər və bunu da əldə etdilər, yaxşı oyun taktikasına malik idilər.

Öz komandamı da təbrik edirəm. Bizim kifayət qədər qol fürsətlərimiz oldu, amma mənə elə gəlir ki, oyun bir neçə dəqiqə də uzansaydı, nəticə fərqli ola bilərdi. Bu gün bizim günümüz deyildi. Nə etmək olar, bu oyunu unudub növbəti matça fokuslanmalıyıq”.

Seçilən
5
2
fanat.az

3Mənbələr