AZ

Vaşinqtonda kritik görüş: İsrail və Livan üz üzə

Modern.az saytına istinadən ain.az xəbər verir.

İsrail və Livan hökumətləri uzun illər davam edən gərginlikdən sonra ilk dəfə səfirlər səviyyəsində birbaşa danışıqlara hazırlaşır.

Modern.az-ın “Al Hadath”a istinadən yaydığı məlumata görə, görüş aprelin 14-də Vaşinqtonda keçiriləcək.

Bildirilir ki, danışıqlarda İsraili bu ölkənin ABŞ-dəki səfiri Yexiel Leyter, Livanı isə səfir Nada Hamade Moavad təmsil edəcək.

Məlumata əsasən, rəsmi Vaşinqton görüş baş tutana qədər Livanın paytaxtı Beyrutun hərbi hücumlardan qorunması ilə bağlı xüsusi təhlükəsizlik zəmanəti verib. Bu diplomatik təşəbbüsün məqsədi bölgədə atəşkəsi möhkəmləndirmək və davamlı sülhə nail olmaqdır.

Danışıqlar zamanı İsrail qoşunlarının Livanın cənubundan çıxarılması, “Hizbullah”ın tərksilah edilməsi, sərhəd mübahisələrinin həlli və məhbusların azad olunması kimi əsas məsələlərin müzakirəsi planlaşdırılır.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp aprelin 7-də İranla iki həftəlik müvəqqəti atəşkəs elan etsə də, İsrail Livanın cənubunda “Hizbullah”a qarşı əməliyyatlarını davam etdirib. Hazırda Vaşinqton və Beyrut rəsmiləri İsrailin Baş naziri Benyamin Netanyahudan birbaşa danışıqlar başlayana qədər hücumların müvəqqəti dayandırılmasını istəyiblər.

Qeyd edək ki, bu gün Pakistanın paytaxtı İslamabadda ABŞ və İran nümayəndə heyətləri arasında da birbaşa görüş keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
1
modern.az

4Mənbələr