AZ

Bakıya 7 aya yağan yağış iki gündə yağdı ADSEA sədri (VİDEO)

ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Mart ayının 27-si və 28-də, eləcə də ondan bir həftə sonra yağan yağışlar çox intensiv və həddindən artıq güclü idi. Sizə bəzi rəqəmlər deyim. Bakı və Abşeron yarımadasında illik yağıntı norması 235 mm-dir. Yəni bu, təxminən hər kvadrat metrə 235 litr su deməkdir və bu miqdar adətən 12 ay ərzində düşür".

"Unikal" xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov "Xəzər" TV-yə müsahibəsində deyib:

"Lakin təkcə martın 27-si və 28-də – iki gün ərzində yağan yağışın miqdarı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Xidmətinin məlumatına görə 143 mm təşkil edib. Bu rəqəm quru statistika kimi görünə bilər, amma müqayisə üçün deyim ki, bu, illik yağıntı normasının təxminən 60 %-i deməkdir. Yəni Bakı və Abşeron yarımadası üzrə uzunmüddətli müşahidələrə əsasən 7 ayda yağan yağış cəmi iki gün ərzində yağıb. Bu, həqiqətən də çox böyük göstəricidir və hətta fövqəladə vəziyyət kimi qiymətləndirilə bilər. Bu qədər intensiv yağıntı mövcud infrastruktur sistemi, həmçinin çökəklikdə yerləşən ərazilər səbəbindən Abşeronun bəzi bölgələrində geniş su basmaları və daşqınlara səbəb olub.

Bununla yanaşı, qeyd etdiyiniz kimi, əməkdaşlarımız həm yağışdan əvvəl, həm də yağış zamanı böyük işlər görüblər və hazırda da bu işlər davam edir. Bu işlər yalnız yağış zamanı aparılan tədbirlərlə məhdudlaşmır. Çünki bu yağıntıların təsiri hələ uzun müddət özünü göstərəcək.Bakı ətrafında toplanan suların böyük hissəsi şəhərin mərkəzindən keçərək təmizləyici qurğulara yönəlir və bu proses həm daşqın baş verən ərazilərdə, həm də digər məkanlarda müəyyən təsirlər yaradır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
5
unikal.az

10Mənbələr