AZ

Bu ərazilərdə hələ də suçəkmə işləri həyata keçirilir - VİDEO

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri ötən gecə və gün ərzində fasiləsiz olaraq davam etdirilib.

FHN-in Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, hazırda Bakı şəhərinin Xəzər, Nizami, Sabunçu, Binəqədi və Səbail rayonlarında, Sumqayıt şəhərində, Abşeron və Xaçmaz rayonları ərazisində müvafiq təhlükəsizik tədbirlərinin görülməsi, o cümlədən suçəkmə işləri həyata keçirilir.

Qeyd edəki ki, yaranan fəsadların aradan qaldırılması tədbirləri FHN-in Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri tərəfindən görülür.

Seçilən
0
5
unikal.az

10Mənbələr