Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.
Almaniya Bundesliqasının 29-cu turunun “Borussiya Dortmund” və “Bayer Leverkuzen” arasında keçirilən oyunu başa çatıb.
İdman.Biz xəbər verir ki, “Bayer” oyunu 1:0 hesabı ilə qazanıb. Oyun “Dortmund” stadionunda baş tutub.
Yeganə qolu 42-ci dəqiqədə Robert Andrix vurub.
Bu oyundan sonra “Borussiya” Bundesliqanın turnir cədvəlində 64 xalla ikinci, “Bayer” isə 52 xalla beşinci yerdədir.
Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
“Volfsburq” – “Ayntraxt” – 1:2
“RB Leypsiq” – “Borussiya Mönhenqladbax” – 1:0
“Haydenhaym” – “Union” – 3:1
İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.