AZ

ABŞ-İran danışıqları daha bir gün davam edə bilər - KİV

İslamabadda ABŞ-İran danışıqları daha bir gün davam edə bilər.

"Ölkə.az" xəbər verir ki, bu barədə İranın Tasnim xəbər agentliyi məlumat yayıb.

Agentlik İslamabaddakı müxbirinə istinadən bildirib ki, danışıqların bir günlük uzadılması mümkündür. Danışıqlar ümumi məsələlər mərhələsindən kənara çıxıb və bəzi məqamlarda texniki müzakirələrə keçib.

CNN İran və ABŞ-ın İslamabadda birbaşa danışıqlar apardığını öyrənib.

Agentlik bildirib ki, danışıqlar əvvəlcə bir günə planlaşdırılsa da, ekspert müzakirələrini davam etdirmək üçün onların daha bir gün uzadılması ehtimalı var. Lakin bu, hələlik təsdiqlənməyib.

Daha əvvəl Tasnim agentliyi İran və ABŞ nümayəndə heyətləri arasında İslamabadda keçiriləcək danışıqların bir gündən çox davam etməyəcəyini bildirmişdi.

Elvin

Ölkə.az

Seçilən
44
2
olke.az

3Mənbələr