AZ

Marqarita Simonyan: “Məni əsəb xərçəng xəstəsi etdi”

“Rossia Today” kanalının baş redaktoru, xərçənglə mübarizə aparmağa davam edən Marqarita Simonyan xəstəliyinin səbəbini açıqlayıb.

Musavat.com xəbər verir ki, o, bu barədə NTV-də yayımlanan "Milyonluq sirr" verilişində məlumat verib.
Jurnalist bildirib ki, onkoloji xəstəliyin inkişafına genetik olaraq meylli deyil və dəhşətli diaqnoz onun üçün tamamilə sürpriz olub.

"Bu xəstəliklər əsəbdən törəmir, amma mənimki tam olaraq belədir. Bunu mənə onkoloqlar dedilər. 100 faiz əsəb. Noyabr ayında çekap olunmuşdum, heç nəyim yox idi, amma 1 sentyabrda - metastazlı xərçəng. Bu, təcrübələrdən qaynaqlanan qasırğaya bənzər onkologiya axınıdır", - Simonyan deyib.

Kremlin əsas propoqondistlərindən biri olan baş redaktorun sözlərinə görə, həkim ona diaqnoz barədə məlumat verəndə o, gözlənilməz reaksiya verib. "Mən sadəcə güldüm", - deyə o əlavə edib.

M.Simonyanın öz xəstəliyinin səbəbini əsəb və stress yaşamaqla izah etməsini başa düşmək olar. Güman ki, bu, həqiqətə yaxın versiyadır. Çünki son 4 ildə M.Simonyanın Ukrayna müharibəsində işlərin yolunda getməməsinə, ana vətəni Ermənistanla Rusiyanın arasındakı soyuqlaşmaya görə əsəbi olduğunu, hər zaman efirlərdə hikkəli-hikkəli danışmasını, isterik açıqlamalar verməsini bütün postsovet məkanı izləyirdi.

Musavat.com

 

Seçilən
44
musavat.com

1Mənbələr