AZ

ABŞ bir neçə ölkə ilə Hörmüz boğazını minalardan təmizləməyə başlayır

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Vaşinqton, 11 aprel, AZƏRTAC

İranın Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, zenit əleyhinə aparatları yoxdur, radarları, raket və pilotsuz uçuş zavodları məhv edilib və ən əsası, liderləri artıq bizimlə deyil.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp ABŞ-nin məğlub olması və İranın qalib gəlməsi ilə bağlı mediada yayılan məlumatlarla bağlı açıqlaması zamanı deyib.

“Çin, Yaponiya, Cənubi Koreya, Fransa, Almaniya və bir çox başqa ölkələr də daxil olmaqla dünyanın xeyrinə Hörmüz boğazını minalardan təmizləmə prosesinə başlayırıq. Onların bu işi təkbaşına görməyə nə cəsarətləri, nə də iradələri var. Lakin çox maraqlıdır ki, bir çox ölkələrdən boş gəmilər nefti doldurmaq üçün Amerika Birləşmiş Ştatlarına gedir”, - deyə Tramp əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
2
azertag.az

3Mənbələr