AZ

Qurban Qurbanovdan Zubirlə bağlı xəbərə reaksiya

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yarımmüdafiəçi Abdullah Zubirin mövsümün sonunda komandadan ayrılacağı ilə bağlı informasiyalara münasibət bildirib.

Publika.az xəbər verir ki, təcrübəli mütəxəssis mətbuat konfransında bu mövzuda ünvalanan suala qısa şəkildə “məndə belə məlumat yoxdur” - deyə cavab verib.

Qeyd edək ki, Fransanın “L’Équipe” nəşri Zubirin karyerasını Qətər təmsilçisi “Əl Şahaniyə”də davam etdirəcəyini iddia edib.

Seçilən
36
1
publika.az

2Mənbələr