AZ

ABŞ İran danışıqları başladı YENİLƏNDİ

Sherg.az saytına istinadən ain.az xəbər verir.

İslamabadda ABŞ-İran danışıqları Pakistanın vasitəçiliyi ilə keçirilir.

Teleqraf xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Qeyd edilib ki, ABŞ-nin İran aktivlərinin dondurulmasının ləğvi şərtini qəbul etməsindən sonra İran ABŞ ilə danışıqlara başlamağa razılıq verib.

***

16:39

İslamabadda İran və Amerika nümayəndə heyətləri arasında münaqişənin həlli ilə bağlı danışıqlar başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.

“Tasnim” də yazıb ki, İran nümayəndə heyəti Pakistanın vasitəçiliyi ilə keçirilən bu danışıqlar raundunda iştiraka razılıq verib.

CBS televiziya kanalı da Pakistanda ABŞ və İran nümayəndə heyətlərinin iştirakı ilə məsləhətləşmələrin başladığı barədə məlumat yayıb.

Amerika rəsmilərinin kanala dediklərinə görə, danışıqların nə vaxt başladığı və ya birbaşa olub-olmadığı bəlli deyil.

***

16:13

ABŞ Prezidenti Donald Tramp İslamabadda İranla danışıqların rəsmi olaraq başladığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə “News Nation” telekanalının jurnalisti Kelli Meyer sosial mediada yazıb.

“Danışıqların rəsmi olaraq başlayıb-başlamadığını soruşanda “bəli” cavabını verdi. İran tərəfinin xoşniyyətli olub-olmaması ilə bağlı suala isə cavabı belə oldu: “Bu barədə sizi tezliklə məlumatlandıracağam, bu, çox vaxt almayacaq”, - Meyer Trampa istinadla qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
1
sherg.az

4Mənbələr