AZ

İmişlidə yataq xəstəsi öz evində yanaraq öldü

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

İmişli rayonunda yanğın olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Qaralar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1969-cu il təvəllüdlü Abşov Akif Mədət oğluna məxsus fərdi yaşayış evi yanıb. Yanğının söndürülməsinə İmişli Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın lokallaşdırılıb.

Hadisə zamanı ev sahibi yanaraq həyatını itirib. Onun yanmış meyiti aşkar edilib.

Qeyd edək ki, mərhum uzun illər yataq xəstəsi olub. Hadisə baş verən zaman evdə ondan başqa heç kim olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
qafqazinfo.az

1Mənbələr