AZ

Bu il Ləman üçün ağır keçdi: Yeni yaşını xəstəxanada qarşıladı

Bu gün Yasamaldakı yanğında həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamovanın doğum günüdür.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Ləman 26 yaşını İstanbulda əməliyyat olunduğu Acıbadem Klinikasında qeyd etməli olub.

Qeyd edək ki, bir neçə gün əvvəl L.Qulamovanın babası Vəlibəy Hümbətov saytımıza açıqlamasında bildirib ki, nəvəsi Türkiyədə 3 dəfə robotik əməliyyat olunub və onun boğazına stent qoyulub, vəziyyəti isə orta ağırdır. Bugünə qədər nəvəsini öz vəsaiti hesabına müalicə etdirdiyini deyən baba ölkə rəhbərliyinə müraciət edərək kömək istəmişdi.

Xatırladaq ki, ötən ilin noyabrında Yasamalda yaşayış binasında baş vermiş yanğında 3 nəfər həyatını itirib, 27 nəfər isə xəsarət alıb. Yanğın zamanı həlak olanlardan Könül Hümbətova Ləmanın anasıdır.

"Cebheinfo.az"

Seçilən
35
2
cebheinfo.az

3Mənbələr