AZ

Paşinyanın kortejində qəza: 1 nəfər ölüb, 12 yaralı var

Ermənistanın Baş naziri Nikol Paşinyanın kortejini müşayiət edən polis avtobusu qəza törədib.

Qaziler.az xəbər verir ki, bu barədə ölkəni Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, qəza Kuçak–Aparan şossesində baş verib.

Ermənistan Daxili İşlər Nazirliyinin polisinə məxsus “Honda” markalı avtobusla “Nissan” markalı minik avtomobili toqquşub. İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, 12 nəfər yaralanıb.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Seçilən
40
33
qaziler.az

10Mənbələr