AZ

Uzunömürlülük və güclü əzələlərin sirri

Sağlam qocalmanın və əzələ gücünün qorunmasının açarı sadə qidalanma vərdişlərində gizlənə bilər.

Azreform.info milli.az-a istinadən xəbər verir ki, mütəxəssislərə görə, hər gün fıstıq yağı istehlakı əzələ itkisi ilə mübarizədə effektiv rol oynayır.

Araşdırmada 66-89 yaş arası 120 nəfər üzərində aparılan müşahidələr nəticəsində, altı ay ərzində gündə 3 qaşıq fıstıq yağı qəbul edən şəxslərdə aşağı bədən əzələlərinin gücündə əhəmiyyətli artım qeydə alınıb.

Mütəxəssislər bildirir ki, bu qida həm də proteinlə zəngindir və ürək-beyin sağlamlığına müsbət təsir göstərir. Maraqlıdır ki, yüksək kalorili olmasına baxmayaraq, tədqiqat zamanı iştirakçılarda çəki artımı müşahidə olunmayıb.

Bununla yanaşı vurğulanır ki, təkcə qidalanma kifayət deyil - əzələ sağlamlığını qorumaq üçün müntəzəm fiziki məşqlər də vacibdir.

Mütəxəssislərin fikrincə, bu sadə vərdiş uzunömürlü və aktiv həyat üçün effektiv dəstək ola bilər.

Seçilən
1
4
azreform.info

10Mənbələr