AZ

Danışıqlara 71 nəfərlə GETDİLƏR

11 apreldə İslamabadda keçirilməsi planlaşdırılan ABŞ ilə danışıqlar üçün gedən İran nümayəndə heyəti 71 nəfərdən ibarətdir.

“Cebheinfo.az” xəbər verir ki, bunu İranın “Tasnim” xəbər agentliyi yazıb. Məlumatına görə, buraya danışıq aparanlar, ekspertlər, təhlükəsizlik işçiləri və jurnalistlər daxildir. 

Nümayəndə heyətinə İran Parlamentinin (Məclis) sədri Məhəmməd Bağır Qalibaf rəhbərlik edir, danışıq aparanlar arasında xarici işlər nazirinin müavini Kazım Qəribabadi də var.

Məlumat üçün bildirək ki, 10 aprel axşamı İran nümayəndə heyəti münaqişənin həlli və uzunmüddətli sazişin bağlanması ilə bağlı ABŞ ilə danışıqlar aparmaq üçün İslamabada gedib.

Seçilən
24
cebheinfo.az

1Mənbələr