Bakı, 11 aprel, AZƏRTAC
Bu gün futbol üzrə Misli Premyer Liqasında XXVII turun üç oyunu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, əvvəlcə meydana "Şamaxı" və “Qarabağ" komandaları çıxacaq. Şamaxı şəhər stadionunda təşkil olunacaq görüş saat 15:30-da başlayacaq.
Saat 18:00-da start götürəcək ikinci görüşdə “Zirə” "Bank Respublika Arena"da “Sabah”ın qonağı olacaq.
Son qarşılaşmada “Neftçi” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edəcək. “Palms Sports Arena” stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.
Qeyd edək ki, tura aprelin 12-də yekun vurulacaq. Açılış matçında "Karvan-Yevlax" "Kəpəz"i 4:1 hesabı ilə üstələyib.