İranla qarşıdan gələn danışıqlarda ABŞ-nin əsas tələbi İranın nüvə silahı əldə etməməsi olacaq.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.
“Nüvə silahı yoxdur. Bu, ilk növbədə vacibdir”, – deyə o, İranla “yaxşı razılaşma” üçün əsas meyarlara dair suala cavabında deyib.
İran rəsmiləri isə daha əvvəl dəfələrlə bəyan ediblər ki, İran nüvə silahı əldə etməyə çalışmır.