AZ

"Artemis II" missiyasının heyəti Yerə qayıtdı-VİDEO

ABŞ-nin "Orion" kosmik gəmisində fəaliyyət göstərən "Artemis II" missiyasının komandası Yer kürəsinə dönüb.

Moderator.az xəbər verir ki, kosmonavtların eniş prosesi ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyasının (NASA) rəsmi "YouTube" hesabı vasitəsilə canlı nümayiş etdirilib.

Bakı vaxtı ilə saat 04:07-də heyət paraşütlərin köməyi ilə San-Dieqo sahilləri yaxınlığında Sakit okean sularına müvəffəqiyyətlə eniş edib.

Xəbərdə bildirilib ki, aparatın mühərriki dayandırılmazdan və "USS John P. Murtha" hərbi gəmisindəki xilasetmə qrupuna təhvil verilməzdən əvvəl, mütəxəssislər tərəfindən bir sıra əlavə testlər icra olunub.

Qeyd edək ki, "Orion" gəmisinin komandasında NASA-nı təmsil edən astronavtlar Rid Uayzman, Viktor Qlover, Kristina Kox və Kanada Kosmik Agentliyinin əməkdaşı Ceremi Hansen yer alırdılar.

Seçilən
48
moderator.az

1Mənbələr