AZ

"Azeri Light" ucuzlaşdı

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 5,05 ABŞ dolları və ya 4% ucuzlaşaraq 119,98 ABŞ dollarına enib.

Bu barədə hafta.az-a neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 5,04 dollar və ya 4,2% ucuzlaşaraq 114,84 ABŞ dolları təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 5,31 dollar və ya 5,6% azalaraq 89,50 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 5,86 dollar və ya 4,44% azalaraq 126,11 dollar/barel təşkil edib.

Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.

Seçilən
3
4
hafta.az

10Mənbələr