AZ

Lənkəranda AĞIR QƏZA – Yaralananlar var

Lənkəranda yol nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az-ın Cənub Bürosunun verdiyi məlumata görə, ağır yol-nəqliyyat hadisəsi gecə saatlarında Lənkəran şəhərinin Zərifə Əliyeva küçəsində qeydə alınıb. “Mercedes” markalı nəqliyyat vasitəsi hərəkətdə olarkən, Lənkəran rayonunun Göyşaban kənd sakini 2000-ci il təvəllüdlü Hikmət Rasim oğlu Davudzadənin idarə etdiyi “Opel” markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində “Mercedes” markalı nəqliyyat vasitəsində olanlar Sabirabad rayon sakinləri 2005-ci il təvəllüdlü Allahverdi Ehtibar oğlu Oruczadə, 2005-ci il təvəllüdlü Emil Vüqar oğlu Əliyev və “Opel” markalı minik avtomobilinin sürücüsü, eləcə də sərnişin Lənkəran şəhər sakini 2000-ci il təvəllüdlü Səbuhi Möhübbət oğlu Həmidli müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Vəziyyəti ağır olan A.Oruczadə reanimasiya şöbəsinə yerləşdirilib. Digərlərinin müalicəsi müvafiq şöbədə davam etdirilir.

Qeyd edək ki, “Mercedes” markalı nəqliyyat vasitəsində olanlar “N” saylı hərbi hissənin zabitləridir.

Faktla bağlı araşdırma aparılır.

 

Seçilən
9
5
nocomment.az

10Mənbələr