AZ

ABŞ və Livan İsraildən Hizbullah-a zərbələri dayandırmasını istəyirlər

ABŞ və Livan İsraildən gələn həftə danışıqlar başlayana qədər Hizbullah mövqelərinə hücumları dayandırmasını istəyir.

Musavat.com xəbər verir ki, məlumatı Axios mənbələrə istinadən yayıb.

Portalın mənbələrinə görə, "bəzi İsrail rəsmiləri razıdırlar və fasilənin yəhudi dövlətinin maraqlarına uyğun olacağına inanırlar".

Axios vurğulayır ki, Vaşinqtondakı İsrail və Livan səfirləri aprelin 10-da ABŞ Dövlət katibinin köməkçisi ilə üçtərəfli telefon danışığı aparıblar və bundan sonra Livan rəhbərliyi 14 apreldə danışıqlar aparmaq barədə razılığa gəlib.

Livan Prezident Aparatının əvvəllər bildirdiyi kimi, Livanın Vaşinqtondakı səfiri Nada Hammadeh-Mouavad israilli həmkarı Yechiel Laiter ilə atəşkəs danışıqlarını müzakirə etmək üçün aprelin 14-də ABŞ Dövlət Departamentinin binasında görüşmək barədə razılığa gəlib. 

Musavat.com

 

Seçilən
33
36
musavat.com

10Mənbələr