Polşa millisinin köməkçi məşqçisi Yaçek Maqera vəfat edib.
Publika.az xəbər verir ki, 49 yaşlı mütəxəssis aprelin 10-da səhər saat 7 radələrində Vrotslav parkında qaçış zamanı özünü pis hiss edib.
O, huşunu itirib və xəstəxanaya aparılıb. Reanimasiya tədbirləri təxminən bir saat davam etsə də, “Legiya”nın keçmiş müdafiəçisini xilas etmək mümkün olmayıb.