Polşa milli komandasının məşqçisi Yatsek Maqera vəfat edib.
"Football-plus.az" xəbər verir ki, Polşa Futbol Assosiasiyasının saytının məlumatına görə, 49 yaşlı mütəxəssis cümə günü səhər saatlarında Vrotslavda qaçış zamanı huşunu itirib. Təcili xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Maqera 2025-ci ilin yayından Yan Urbanın rəhbərlik etdiyi məşqçilər heyətində çalışırdı. O, əvvəllər “Şlensk”, “Legiya” klublarını və Polşanın gənclərdən ibarət komandasını çalışdırıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta