AZ

Qəbələdə “Şahin” hərbi idman yarışları gərgin və maraqlı anlarla başa çatıb

ain.az, Azertag portalına istinadən məlumat verir.

Qəbələ, 10 aprel, AZƏRTAC

Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Qəbələ rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə “Şahin” hərbi-idman oyununun rayon birinciliyi başa çatıb.

Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, yarışlar Qəbələ Olimpiya İdman Kompleksində keçirilib.

Tədbirdə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov çıxış edərək bildirib ki, “Şahin” hərbi-idman oyunlarının keçirilməsində əsas məqsəd məktəblilərin hərbi biliklərinin artırılması, onların fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi, vətənpərvərlik ruhunun gücləndirilməsi və gələcəkdə ordu sıralarında layiqli xidmətə hazırlanmasıdır. O, iştirakçılara uğurlar arzulayaraq belə tədbirlərin gənclərin formalaşmasında mühüm rol oynadığını vurğulayıb.

Yarışda 9 komanda üzrə 126 nəfər iştirak edib. Məktəblilərin ordu sıralarına hazırlanması və hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə keçirilən yarışda iştirak edən 9 komandadan I yerə Qəbələ şəhər 2 nömrəli tam orta məktəbin komandası çıxıb.

Qeyd edək ki, I yerə layiq görülən komanda region mərhələsinə vəsiqə qazanıb.

Müxbir - Rasim İslamoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
azertag.az

2Mənbələr