Aprelin 10-na keçən gecə Ukrayna silahlı qüvvələri Xəzər dənizinin şelfində yerləşən iki qazma platformasını hədəf alıb.
Musavat.com xəbər verir ki, hücum nəticəsində Rusiyaya məxsus strateji obyektlərə ciddi ziyan dəyib.
İlkin məlumatlara görə, zərbələr V. Qrayfer adına yataqda (keçmiş adı “Rakuşeçnoye”) yerləşən LSP-2 buzadavamlı stasionar platformasına və Yuri Korçagin adına yataqdakı LSP-1 platformasına endirilib.
Qeyd olunan qazma qurğuları Xəzər dənizinin şimal hissəsində, döyüş bölgəsindən təxminən 1000 kilometr uzaqlıqda yerləşir.
Hücumun miqyası və dəymiş ziyanın təfərrüatları barədə araşdırmalar davam edir.
Musavat.com