AZ

"Yuventus" Spalletti ilə bağlı qərarını verdi

İtaliyanın "Yuventus" klubu baş məşqçisi Luçano Spalletti ilə müqavilənin müddətini uzadıb.

90deqiqe.Az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, yeni sözləşmə 2028-ci ilin yayına qədər qüvvədə olacaq.

67 yaşlı mütəxəssisin əvvəlki müqaviləsi 2025/2026 mövsümünün sonunda başa çatmalı idi.

Qeyd edək ki, L.Spalletti 2025-ci ilin oktyabr ayının sonunda “Yuventus”un baş məşqçisi vəzifəsinə təyin olunub.

Hazırda Turin klubu İtaliya A Seriyasında 57 xalla 5-ci pillədə qərarlaşıb.

Seçilən
44
11
90deqiqe.az

10Mənbələr