AZ

"Yuventus" Spalletti ilə bağlı qərarını verdi

"Yuventus" baş məşqçisi Luçano Spalletti ilə müqavilənin müddətini uzadıb...

Poliqon xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yeni müqavilə 2028-ci ilə qədər nəzərdə tutulub.

67 yaşlı mütəxəssisin əvvəlki sözləşməsinin müddəti 2025/26 mövsümünün sonunda başa çatmalı idi.

Qeyd edək ki, Spalletti 2025-ci il oktyabrın sonunda "Yuventus"un baş məşqçisi təyin edilib. Turnin klubu hazırda İtaliya A Seriyasında 57 xalla 5-ci pillədə qərarlaşıb.

Poliqon.info

Seçilən
27
11
poliqon.info

10Mənbələr