Bəs təqvim, oyunların ardıcıllığı necə müəyyənləşəcək, bu zaman hansı prinsip əsas götürüləcək?
PFL-in Media və Marketinq direktoru Sənan Abdullayev bu barədə “Football-plus.az”a açıqlama verib:
“Komandalar “6-lığ”a bölünəndən sonra ilk “6-lıq”da, eyni zamanda 2-ci “6-lıq”da olan komandalar bir-biri ilə oynayacaq. Komandalar rəqibləri ilə bir dəfə qarşılaşacaq. Kimin meydan sahibi olması isə hələ avqustda, püşk atılarkən müəyyənləşib”.
Hazırda 2-ci liqanın turnir cədvəlində komandalar bu ardıcıllıqla sıralanıb: 1. Xankəndi, 2. Qaradağ Lökbatan, 3. Quba, 4. Şəmkir, 5. Şirvan, 6. Dinamo, 7. Şəki, 8. Kür-Araz, 9. Ağdaş, 10. Göygöl, 11. Ağstafa Gəncləri, 12. Araz Saatlı.
Son turda vəziyyət dəyişməsə, onda aprelin 20-21-də keçiriləcək 23-cü turun təqvimi belə olacaq: Xankəndi – Dinamo, Qaradağ Lökbatan – Şirvan, Quba – Şəmkir, Şəki – Araz Saatlı, Kür-Araz – Ağstafa Gəncləri, Ağdaş – Göygöl.
MÜZƏFFƏR QULUZADƏ