AZ

Balidə ŞOK

İndoneziyanın Bali adasında postsovet ölkələrindən gələnlərin kompakt yaşadığı məntəqələrin ləğv edildiyi açıqlanıb.

Musavat.com-un xəbərinə əsasən, Bali qubernatoru İ Vayan Koster bildirib ki, adada “rus kəndi” və “ukrayna kəndi” kimi tanınan yaşayış yerləri artıq ləğv olunub.

Onun sözlərinə görə, son dövrlər Rusiya və Ukraynadan gələnlərin sayı artıb, onlar adada biznes qurmağa başlayıb və əsasən Ubud bölgəsində kompakt şəkildə məskunlaşıblar. Bu səbəbdən həmin ərazilər qeyri-rəsmi olaraq “rus kəndi” və “ukrayna kəndi” adlandırılıb.

Qubernator vurğulayıb ki, bu cür qapalı məskunlaşma yerli qanunlara və Bali mədəniyyətinə ziddir. O, Gianyar dairəsinin rəhbərliyinə və yerli polisə vəziyyəti nəzarətə götürmək tapşırığı verib.

Koster qeyd edib ki, adada bu cür etnik əsaslı “kəndlərə” yer yoxdur və xarici vətəndaşlar yalnız İndoneziya qanunlarına və yerli qaydalara uyğun şəkildə yaşamalıdır.

Aparılan yoxlamalar və hüquqi tədbirlərdən sonra həmin yaşayış məntəqələrinin ləğv edildiyi bildirilir. Bundan əlavə, hakimiyyət qeydiyyatsız villaların icarəyə verilməsini qadağan etməyi və torpaq istifadəsinə nəzarəti gücləndirməyi planlaşdırır.

Musavat.com

Seçilən
1
7
musavat.com

8Mənbələr