AZ

BMT WUF13 çərçivəsində Azərbaycana dəstək olmağa hazırdır

BMT-nin Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin Yüksək Səviyyəli Birgə Rəhbər Komitəsinin iclasında çıxışı zamanı  qeyd edib ki, WUF13 Azərbaycanın davamlı şəhərsalma, iqlim dayanıqlığı və inklüziv artım sahəsində əldə etdiyi nailiyyətləri nümayiş etdirmək, beynəlxalq tərəfdaşlığı gücləndirmək və dayanıqlı inkişaf məqsədlərini irəli sürmək üçün unikal imkan yaradır.

BMT təmsilçisi onu da əlavə edib ki, aprel - may aylarında Azərbaycanda yerli dövlət qurumları ilə Dayanıqlı İnkişaf Məqsədlərinə necə yanaşdıqlarını öyrənmək üçün məsləhətləşmə seminarları təşkil olunacaq, eləcə də  universitetlərdə məlumatlılığın artırılması və yerli dialoqların təşkili üzrə fəaliyyətlər həyata keçiriləcək. Bütün əməkdaşlıq məlumatları “UN Info” platformasında ictimaiyyət üçün açıqdır ki, bu da BMT proqramları və maliyyələşmə barədə şəffaflığı təmin edir.

Züleyxa ƏLİYEVA,

“Azərbaycan”

Seçilən
0
4
azerbaijan-news.az

8Mənbələr