AZ

BMT Azərbaycana WUF13 ün uğurlu keçirilməsi üçün dəstək göstərməyə hazırdır

Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

BMT 2026-cı ildə Dünya Şəhər Forumuna ev sahibliyi edəcək Azərbaycana tədbirin uğurlu keçirilməsi üçün dəstək göstərməyə hazırdır.

APA xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi İqor Qarafuliç BMT-nin Davyanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin Yüksək Səviyyəli Birgə Rəhbər Komitəsinin iclasında çıxışı zamanı deyib.

"WUF13 Azərbaycanın davamlı şəhərsalma, iqlimə dayanıqlıq, inklüziv artım sahəsində əldə etdiyi nailiyyətləri nümayiş etdirmək, eyni zamanda beynəlxalq tərəfdaşlığı gücləndirmək və dayanıqlı inkişaf məqsədlərini irəli sürmək üçün unikal imkan yaradır", - o bildirib.

BMT təmsilçisi qeyd edib ki, aprel və may aylarında Azərbaycanda yerli dövlət qurumları ilə Dayanıqlı İnkişaf Məqsədlərinə necə yanaşdıqlarını öyrənmək üçün məsləhətləşmə seminarları təşkil ediləcək.

“Eyni zamanda, universitetlərdə məlumatlılığın artırılması və yerli dialoqların təşkili üzrə fəaliyyətlər həyata keçiriləcək. Qeyd etmək istərdim ki, əməkdaşlıq çərçivəsinə dair bütün məlumatlar artıq “UN Info” adlı platformada ictimaiyyət üçün açıqdır. Bu, BMT proqramları və xüsusilə maliyyələşmə ilə bağlı məlumatların şəffaflığını və əlçatanlığını təmin edir”,- o bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
4
apa.az

8Mənbələr