AZ

Türkiyə elektrik və elektronika sektorunda ixracatda rekord əldə edib



Türkiyənin elektrik və elektronika sektoru yanvar-mart aylarında ən yüksək birinci rüb ixracına nail olaraq, ötən ilin eyni dövrü ilə müqayisədə 5,9% artımla 4,2 milyard dollara çatıb.

Newscenter.az Türkiyə İxracatçılar Şurasına (TİM) istinadən bildirir ki, Avropa Birliyi (AB) ölkələri tərəfindən tətbiq edilən enerji səmərəliliyi ilə bağlı qaydalar və enerji səmərəliliyi üçün hökumətin təşviqlərinin artırılması Türkiyənin elektrik və elektronika sektorundakı ixracına müsbət təsir göstərib.

Sektorun texniki qaydalara riayət etmək qabiliyyəti və uzunmüddətli təchizatçı münasibətləri Türkiyəni qlobal miqyasda etibarlı istehsal və təchizat mərkəzi kimi təqdim edibş İxrac tərkibinin şaxələndirilməsi və fərqli bazarlara diqqət yetirilməsi isə ixracın artmasında mühüm rol oynamağa davam edir.

Sektorun ixrac məlumatlarına baxdıqda, elektrik və elektronika ixracı 2025-ci ilin müvafiq dövründə 3,993 milyard dollar, 2024-cü ildə 3,9647 milyard dollar və 2023-cü ildə 3,9876 milyard dollar təşkil edib.

İlin birinci rübündə elektrik və elektronika sektorunun ümumi ixracatdakı payı 7,6 faiz təşkil edib.

Mehman
Seçilən
39
1
newscenter.az

2Mənbələr