Rusiyanın Amur vilayətində yaşlı kişi polis bölməsini yandırmağa cəhd edib.
Publika.az xəbər verir ki, bu barədə “Qazeta.ru” məlumat yayıb.
Bildirilib ki, Svobodnı şəhərində polis bölməsinin girişini yandırmaqda şübhəli bilinən 62 yaşlı kişi saxlanılıb.
Qeyd olunub ki, şübhəli törətdiyi əmələ görə 20 ilə qədər azadlıqdan məhrum edilə bilər.