AZ

Hərbi təyyarə qəzaya uğradı: Yaralılar var

Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Yuxarı Provans Alpları bölgəsində təlim uçuşu zamanı qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, bu barədə BFMTV telekanalı ölkənin Silahlı Qüvvələr Nazirliyinə istinadən məlumat yayıb.

Hadisə aprelin 10-da səhər saatlarında Lür dağı yaxınlığında baş verib. Məlumata görə, təyyarə aşağı hündürlükdə uçuş həyata keçirərkən boş əraziyə düşüb. Qəza nəticəsində Salon-de-Provans aviabazasından olan təlimatçı və kursant xəsarət alıb.

Nazirlik bildirib ki, hər iki pilot huşları yerində tapılıb və operativ şəkildə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Seçilən
20
publika.az

1Mənbələr