AZ

Atəşkəsdən sonra iqtisadiyyatın bərpası nə qədər zaman ala bilər?  

Hazırda atəşkəsdən sonra iqtisadiyyatın necə bərpa edilməsi ilə bağlı məsələyə baxarkən müəyyən məqamları nəzərə almaq lazımdır. Birincisi, atəşkəs çox qısamüddətli dövrü əhatə edir. İkincisi, ötən iki gün ərzində baş verən hadisələr onu deməyə əsas verir ki, qlobal iqtisadiyyatın oyunçularında atəşkəsə əməl edilib-edilməməsi ilə bağlı ciddi şübhələr var və bu, birjalarda da, əmtəələrin qiymətlərində də, həmçinin siyasətçilərlə beynəlxalq təşkilatların bəyanatlarında da özünü göstərir. Qısamüddətli dövrdə qlobal iqtisadiyyatda yaranmış risklərin aradan qaldırılması üçün hər hansı bir ciddi addımların atıla biləcəyini ehtimal etmək sadəlövhlük olardı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında sosial-iqtisadçı ekspert Rəşad Həsənov bildirib.

Ekspert qeyd edib ki, postmüharibə dövründə məsələyə hansı aspektlərdən yanaşılması və hansı addımların atılması isə artıq ciddi müzakirə mövzusudur.

“Nəzərə almaq lazımdır ki, müharibənin qlobal iqtisadiyyata, o cümlədən regional iqtisadiyyata təsirləri onun nə qədər müddət davam edəcəyi və hadisələrin hansı istiqamətdə cərəyan edəcəyindən asılı olacaq. İndiki şərtlər daxilində proqnozlaşdırma aparmaq imkanları qismən məhduddur və aydın olan ondan ibarətdir ki, problemin daha uzun müddət davam etməsi daha ciddi və qalıcı təsirlərin ortaya çıxmasına gətirib çıxara bilər. Qlobal iqtisadiyyatın özü indiki şərtlər daxilində staqflyasiya riski ilə üzləşməkdədir”, - deyə o bildirib.

Seçilən
4
2
azerbaijan-news.az

3Mənbələr