AZ

Atəşkəsdən sonra iqtisadiyyatın bərpası nə qədər zaman ala bilər?

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 10 aprel, AZƏRTAC

Hazırda atəşkəsdən sonra iqtisadiyyatın necə bərpa edilməsi ilə bağlı məsələyə baxarkən müəyyən məqamları nəzərə almaq lazımdır. Birincisi, atəşkəs çox qısamüddətli dövrü əhatə edir. İkincisi, ötən iki gün ərzində baş verən hadisələr onu deməyə əsas verir ki, qlobal iqtisadiyyatın oyunçularında atəşkəsə əməl edilib-edilməməsi ilə bağlı ciddi şübhələr var və bu, birjalarda da, əmtəələrin qiymətlərində də, həmçinin siyasətçilərlə beynəlxalq təşkilatların bəyanatlarında da özünü göstərir. Qısamüddətli dövrdə qlobal iqtisadiyyatda yaranmış risklərin aradan qaldırılması üçün hər hansı bir ciddi addımların atıla biləcəyini ehtimal etmək sadəlövhlük olardı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında sosial-iqtisadçı ekspert Rəşad Həsənov bildirib.

Eskpert qeyd edib ki, postmüharibə dövründə məsələyə hansı aspektlərdən yanaşılması və hansı addımların atılması isə artıq ciddi müzakirə mövzusudur.

“Nəzərə almaq lazımdır ki, müharibənin qlobal iqtisadiyyata, o cümlədən regional iqtisadiyyata təsirləri onun nə qədər müddət davam edəcəyi və hadisələrin hansı istiqamətdə cərəyan edəcəyindən asılı olacaq. İndiki şərtlər daxilində proqnozlaşdırma aparmaq imkanları qismən məhduddur və aydın olan ondan ibarətdir ki, problemin daha uzun müddət davam etməsi daha ciddi və qalıcı təsirlərin ortaya çıxmasına gətirib çıxara bilər. Qlobal iqtisadiyyatın özü indiki şərtlər daxilində staqflyasiya riski ilə üzləşməkdədir”,- deyə o bildirib.

R.Həsənovun sözlərinə görə, əgər bu baş verərsə, enerji resurslarının və bir çox məhsulların qeyri-iqtisadi faktorların təsiri ilə ciddi formada bahalaşması, eyni zamanda, alıcılıq gücünün aşağı düşməsi, istehlak qabiliyyətinin itirilməsi və bu fonda işsizlik, iqtisadi durğunluq kimi meyilləri ortaya gətirəcək.

“Hətta bu, Avropa Birliyi iqtisadiyyatında belə bu gün ciddi formada müəyyən siqnallarla özünü göstərməyə başlayan meyillərdən biridir. Problemin dərinliyindən asılı olaraq bu problemlərin aradan qaldırılması ilə bağlı da adekvat mövqelər ortaya qoyulmalıdır. İndiki şərtlər daxilində düşünürəm ki, ilk növbədə məsələnin ən qısa müddətdə həlli bütün maraqlı tərəflərin əsas məqsədi və amalı olmalıdır. Ancaq sonrakı mərhələdə, əgər məsələ hər hansı bir sazişlə yekunlaşarsa, ondan sonra ilk növbədə atılacaq addım dünya iqtisadiyyatında proqnozlaşdırılan və davamlı iqtisadi mühitin formalaşdırılmasıdır. Təəssüf ki, ABŞ administrasiyasının son bir ildə davranışları bir çox ölkələrdə konservativ sağ radikalların hakimiyyətə gəlməsi və güclənməsi nəticəsində ortaya qoyulan siyasətlər son 100 ildə formalaşdırılan iqtisadi oyun qaydalarını ciddi şəkildə sarsıtmaqdadır ki, bu da proqnozlaşdırma imkanlarını məhdudlaşdırır və beləliklə də biznesin, iqtisadi subyektlərin qərar qəbul etməsində öz neqativ təsirlərini göstərir”,- deyə o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
2
azertag.az

3Mənbələr