AZ

Zəngəzur dəhlizi itirilmiş fürsətlərin geri qaytarılması imkanıdır – AÇIQLAMA

Bakı, 10 aprel, AZƏRTAC

Hazırda yaxın bölgədə və qlobal ticarət marşrutlarındakı işlək xətlər böyük risk altındadır. Körfəzdə və Qırmızı dənizdə, hətta ticarət gəmilərinə belə açıq hücumların tez-tez rast gəlindiyi və buna qarşı heç bir zəmanətin olmadığı bir dövrdə marşrutların şaxələndirilməsi həm ölkələrin milli inkişaf strategiyasına, həm də beynəlxalq əməkdaşlığın yeni inteqrasiya formalarına ehtiyacı ortaya qoyur.

Naxçıvan Dövlət Universitetinin dosenti Əli Cabbarov AZƏRTAC-a açıqlaması zamanı deyib ki, bu baxımdan Zəngəzur dəhlizi Azərbaycanın iki quru ərazisi arasında çox vacib olan əlaqələri yaratmaqla bərabər, Çin-Avropa ticarətinin də Rusiya və İran mənbəli təhdidlərdən asılılığını qismən də olsa aradan qaldırır.

“Belə şaxələndirmə digər tərəfdən yeni tərəfdaşlıq əlaqələrinin də əsasını qoymaqla, dəhlizin səmərəliliyni, onun dayanıqlı inkişaf məqsədlərinə çatmaqdakı rolunu qiymətləndirməyə vəsilə ola bilər. Bu dəhliz üzərindəki digər keçidlər isə çoxvektorlu əməkdaşlıq modelləri kimi turizm, təhsil, yaşıl enerji, texnoloji transfer, süni intellekt əsaslı layihələrin həyata keçirilməsinə imkan yaradacaq. Çin və Avropa bazarlarının artan tələbatı fonunda Zəngəzur dəhlizi üzərindəki ölkələrə düşən pay isə ümumilikdə, uzunmüddətli münaqişə və bloklanma nəticəsində itirilənlərin geri qaytarılması fürsəti ola bilər”, - deyə Əli Cabbarov vurğulayıb.

 

Seçilən
6
2
azertag.az

3Mənbələr