AZ

Co Baydenin oğlumilyonlarla dollarlıq borclar fonunda ölkədən GETDİ

Ajans.az “Daily Mail”-ə istinadən xəbər verir ki, bu barədə yeni məhkəmə sənədlərində qeyd olunub. 6 apreldə vəkil Barri Koburn Vaşinqton məhkəməsinə təqdim etdiyi sənədlərdə Winston & Strawn hüquq firmasının keçmiş vəkillərinin Hunter Baydendən göstərilən hüquqi xidmətlərə görə ödəniş tələb etdiyini bildirib. Sənədlərdə onun ölkədən kənarda yaşadığı qeyd olunur və vəkil onun hətta cari hüquqi xərcləri belə ödəməkdə çətinlik çəkdiyini vurğulayıb. Məlumata əsasən, həmin hüquq firması daha əvvəl Hunter Baydeni vergi pozuntuları və qanunsuz silah saxlama ilə bağlı işlərdə müdafiə edib. Lakin onun 50 min dollardan çox borcunu ödəmədiyi bildirilir.

Hunter Bayden isə ötən il verdiyi podkast açıqlamasında əsasən hüquqi xərclər səbəbindən 17 milyon dollar borc topladığını etiraf edib.

Seçilən
11
Ajans.az

1Mənbələr