AZ

Parlament nümayəndə heyətləri Fəxri xiyabanı, Zəfər parkını və Türk şəhidliyini ziyarət ediblər (FOTO)

Bakı. Trend:

Azərbaycanda səfərdə olan Türkiyə Cümhuriyyəti və Şimali KiprTürk Cümhuriyyəti parlamentlərinin Azərbaycanla dostluq qruplarınınüzvləri aprelin 10-da Fəxri xiyabana gələrək xalqımızın ÜmummilliLideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusuHeydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünəəklil qoyub, tər çiçəklər düzüblər.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyətləri BakıdaZəfər parkını ziyarət edərək Zəfər abidəsi önünə əklil qoyublar.Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığımöhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizinəziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkıbarədə məlumat verilib.

Sonra nümayəndə heyətləri 1918-ci ildə Bakının azad edilməsiuğrunda döyüşlərdə həlak olmuş qəhrəman türk əsgərlərininxatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət ediblər.Abidənin önünə gül dəstələri qoyulub.

Ziyarət zamanı nümayəndə heyətlərini Milli Məclisin Türkiyə iləparlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri ƏhlimanƏmiraslanov, Şimali Kiprlə parlamentlərarası əlaqələr üzrə işçiqrupunun rəhbəri Cavanşir Feyziyev, deputat Anar Məmmədov və digərrəsmi şəxslər müşayiət ediblər.

Parlament
Parlament
Parlament
Parlament
Parlament
Parlament
Parlament
Parlament
Parlament
Parlament
Məqalədə:
Seçilən
29
8
az.trend.az

10Mənbələr