Yazını böyüt
Yazını kiçilt
Rusiyanın Vladikavkaz şəhərində güclü partlayış baş verib.
Hafta.az xəbər verir ki, “Mash” Telegram kanalının məlumatına görə, hadisə pirotexniki məmulatların olduğu anbarda qeydə alınıb.
Hadisə şahidlərinin sözlərinə görə, partlayış güclü gurultu ilə müşayiət olunub, daha sonra təxminən 30 metr hündürlüyündə qara tüstü qatı havaya qalxıb.
Şimali Osetiya-Alaniya Respublikasının başçısı Sergey Menyaylo Vladikavkazda partlayış nəticəsində yaralananların sayının 14 nəfərə çatdığını bildirib.