AZ

Vladikavkazda güclü partlayışda 1 nəfər ölüb, 14 yaralı var - Yenilənib 

Rusiyanın Vladikavkaz şəhərində güclü partlayışda 1 nəfər ölüb...

Bu barədə Rusiya mediası məlumat yayıb.

***

Vladikavkazda partlayış nəticəsində yaralananların sayı 14 nəfərə çatıb.

Rusiya mediasının xəbərinə görə, bu barədə Şimali Osetiya-Alaniya Respublikasının başçısı Sergey Menyaylo bildirib.

***

Vladikavkazda partlayış nəticəsində yaralananların sayı səkkiz nəfərə çatıb.

Rusiya mediasının xəbərinə görə, yaralılardan biri uşaqdır.

Məlumata görə, hadisə yerində təcili yardım xidmətləri işləyir, anbarda partlayışlar davam edir.

***

Rusiyanın Vladikavkaz şəhərində güclü partlayış baş verib.

“Mash” Telegram kanalının məlumatına görə, hadisə pirotexniki məmulatların olduğu anbarda qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, partlayış güclü gurultu ilə müşayiət olunub, daha sonra təxminən 30 metr hündürlüyündə qara tüstü qatı havaya qalxıb.

Hadisə nəticəsində ən azı iki nəfər xəsarət alıb, onların vəziyyəti ağır qiymətləndirilir.

Poliqon.info

Seçilən
27
4
poliqon.info

10Mənbələr