AZ

Avropada avtobus zolağını bildirən nişanın nə olduğunu bilirdiz? FOTOSESSİYA

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Son illərdə beynəlxalq yol standartlarında tətbiq edilən yeni nişanlar sürücülər arasında maraq və müzakirə doğurur. Bu nişanlar ekoloji mühafizə, sosial məsuliyyət və yol təhlükəsizliyinin artırılması məqsədi daşıyır.

Avtosfer.az xəbər verir ki, mütəxəssislərin bildirirlər ki, müxtəlif ölkələrdə tətbiq edilən bəzi qeyri-adi yol nişanları bunlardır:

“Qum çiçəyi” nişanı (Fransa) – Milli park və meşə yollarında istifadə olunur. Sürücüləri sürəti azaltmağa, səs-küy yaratmamağa və ətraf mühiti qorumağa çağırır. Bu ərazilərdə sürətin azaldılması vəhşi heyvanlarla toqquşma riskini azaldır.

Dörd qara nöqtə nişanı (Hindistan) – Görmə qabiliyyəti zəif olan insanların olduğu əraziləri göstərir. Sürücülərə diqqətli olmağı və sürəti azaltmağı tövsiyə edir.

“Ağ romb” nişanı (Avropa) – Xüsusi zolaqları ifadə edir. Bu zolaqlar yalnız ictimai nəqliyyat, taksi, elektrikli və ya birgə istifadə olunan avtomobillər üçün nəzərdə tutulur.

“R” hərfi nişanı (Böyük Britaniya və İspaniya) – Sürücüləri şəhər mərkəzindən kənar dairəvi marşrutlara yönləndirir və tıxacların azalmasına kömək edir.

“Üç sərnişin” nişanı (Almaniya) – Ən azı üç nəfər olan avtomobillərə müəyyən hallarda ictimai nəqliyyat zolağından istifadə etməyə icazə verir. Məqsəd avtomobillərin birgə istifadəsini təşviq etməkdir.

“Qadın silueti” nişanı (Polşa və İtaliya) – Piyadaların qəfil yola çıxma ehtimalı olan ərazilərdə quraşdırılır. Sürücüləri diqqətli olmağa və qəza riskini azaltmağa çağırır.

Mütəxəssislər qeyd edirlər ki, bu cür yeniliklər yol hərəkəti təhlükəsizliyini artırmaqla yanaşı, sürücülərin daha məsuliyyətli davranmasına da təsir göstərir. Bununla belə, sürücülərin bu nişanların mənası barədə məlumatlandırılması vacib hesab olunur.

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
avtosfer.az

1Mənbələr