AZ

Sevgilisi ulduz futbolçunu tərk etdi: Səbəb...

"Milan" və ABŞ millisinin vingeri Kristian Pulişiç şəxsi həyatla bağlı qalmaqalın mərkəzinə düşüb.

Publika.az xəbər verir ki, futbolçunun tanışlıq tətbiqindən olan fotosunun internetə sızması böyük müzakirələrə səbəb olub. Bu barədə "Topskills Sports UK" məlumat yayıb.

Bildirilir, Pulişiçin sevgilisi, qolfçu Aleksa Melton bir neçə həftə əvvəl ayrıldıqlarını təsdiqləyib. O, futbolçunun profilinin münasibət tam bitməzdən əvvəl aktivləşdiyini də dolayısı ilə bildirib.

Sosial şəbəkələrdə geniş rezonans doğuran bu vəziyyət cütlük arasında münasibətlərin artıq daha əvvəl gərgin ola biləcəyi barədə müzakirələr yaradıb.

Eyni zamanda mediada aktyor Sidney Suini ilə mümkün əlaqə barədə köhnə şayiələr də yenidən gündəmə gəlib. Lakin Pulişiç bundan əvvəl bu iddiaları açıq şəkildə təkzib edib.

Seçilən
3
29
publika.az

10Mənbələr