AZ

“Türkiyə olmadan Avropa Rusiya ilə rəqabət apara bilməz” - Zelenski

“Böyük Britaniya, Ukrayna, Türkiyə və Norveç. Bunlar Avropanın bir hissəsi olan dörd güclü ölkədir”.

Missiya.Az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Bu dörd ölkənin iştirakı ilə dənizlərdə nəzarəti ələ keçirmək, səmanın təhlükəsizliyini təmin etmək və ən böyük quru qoşunlarına sahib olmaq mümkündür”, - deyə siyasətçi vurğulayıb.

O bildirib ki, Ukrayna və Türkiyə olmadan Avropa Rusiya ilə rəqabət apara bilməz.

Zelenski həmçinin qeyd edib ki, Böyük Britaniya, Ukrayna və Türkiyənin birlikdə hərbi gücü Rusiyanın ordusundan daha güclüdür.

Daşqın HəsənovMissiya.Az

Seçilən
25
missiya.az

1Mənbələr