525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“İstifadəyə yararsız avtomobillərə taksi fəaliyyətində yer yoxdur. Bəzən yaşı haradasa 20-dən çox avtomobillərlə taksi fəaliyyətini icra edənləri görürük. Köhnə, yararsız, müasir ekoloji tələblərə cavab verməyən avtomobillər taksi fəaliyyətində istismar oluna bilməz”.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bunu 525.az-a söyləyib. O bildirib ki, məhdudiyyətlər avtomobilin tipinə də aid edilməlidir, məsələn, həcmi çox kiçik olan maşınlardan taksi kimi istifadə oluna bilməz. Taksi fəaliyyətinin tək iqtisadi tərəfdən deyil, təhlükəsizlik tərəfdən də nəzarətdə olmağı vacib, zəruridir.
Sevinc Qarayeva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.