Footbal-plus saytına istinadən ain.az xəbər verir.
Ötən gün Tbilisi Arenada Gürcüstanla keçirilən yoldaşlıq oyununda futzal millimizin ilk qolunu vuran Nihad İsmayılov görüş haqda fikirlərini bildirib."Football-plus.az" xəbər verir ki, o, 2:4 hesablı məğlubiyyətdən sonra Azərbaycan Futzal Federasiyasına açıqlamasında deyib:
"Yaxşı oynadıq. Birinci hissədə qol vura bilməsək də, real imkanlar baxımından biz üstün idik. 6-7 epizodu boşa verdik. Dəyərləndirə bilsəydik, matçın gedişi fərqli olacaqdı. Əvəzində meydan sahibi komanda səhvlərimizi bağışlamadı. Çaşqınlıqdan istifadə edib, bir dəqiqə ərzində ardıcıl iki qol vuraraq üstünlük qazandılar. İkinci hissəyə fərqli başladıq. Bu dəfə qolu biz vurduq. Fasilədən sonra bərabər oyun oldu. Baş məşqçi komandaya cəlb olunan gənclərə də şans verdi. Əlbəttə, onlar dəvət olunublarsa və səfərə gətiriliblərsə, təcrübə toplamaq baxımından meydana çıxmaqları lazım idi. Onlar üçün yaxşı təcrübə oldu. Yoxlama oyunları da buna görə əhəmiyyətlidi".
İsmayılov Gürcüstanla keçiriləcək ikinci görüşdən də danışıb:
"Bu rəqiblə aprelin 11-də yenə qarşılaşacağıq. Bu dəfə qələbə qazanan tərəf biz olarıq. Oyundan oyuna komandamız yaxşı tərəfdən seçilir. Yaxşı kollektivimiz var. Ab-hava da müsbətdi. Uşaqlar hesabda geri düşməyimizə rəğmən ruhdan düşmədilər. Bu, fərqləndiriləcək məqamdı. Ardıcıl keçirəcəyimiz yoldaşlıq oyunları da irəliyə addım atmaq baxımından xeyrimizə olacaq”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.