AZ

Bakıda daha bir nəfər pəncərədən yıxılıb həyatını itirdi

Xətai rayonunda 74 yaşlı kişi pəncərədən yıxılaraq ölüb.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, hadisə aprelin 9-u saat 18 radələrində Vunq Tau küçəsindəki binalardan birində baş verib.
 

Belə ki, 1952-ci il təvəllüdlü Nizami Heydərov 5-ci mərtəbədə yaşadığı evin pəncərəsindən yıxılıb. O, aldığı xəsarətlədən hadisə yerində ölüb.


Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, aprelin 8-i saat 16 radələrində də Xətaidə xşar hadisə baş verib. 31 yaşlı M.Aydınlı 15-ci mərtəbədən yıxılaraq ölüb.

Bizim.Media

Seçilən
5
2
bizim.media

3Mənbələr